Eyvandan pul səpən cüdoçumuz yığmadan qovuldu

saytların hazırlanması

Evə çatdırılma

Eyvandan pul səpən cüdoçumuz yığmadan qovuldu

Hadisə

18 İyun 2021 13:12 931


Olimpiya Oyunlarının gümüş mükafatçısı Elmar Qasımovun İnstaqram hesabında paylaşdığı video tənqid edilib.

Yenisabah.az xəbər verir ki, görüntülərdə məşhur idmançı eyvandan dollar əsginaslarını küçəyə səpir.

Onun bu davranışı birmənalı qarşılanmayıb. İctimai şəxs kimi idmançının bu hərəkətinin yolverilməz olduğu bildirilib. pizza hut

Azərbaycan Cüdo Federasiyasının mətbuatı xidməti məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlamasında Elmar Qasımova belə hərəkətlərinə görə dəfələrlə xəbərdarlıq edildiyini bildirib:

“Olimpiya mükafatçısıdır, dəfələrlə Azərbaycan bayrağını yüksəklərə qaldırıb. Lakin o, İnstaqram hesabında müxtəlif videolar paylaşır və bu görüntülər dəfələrlə etirazlara səbəb olub. Bununla bağlı onunla bir neçə dəfə danışsaq da, əhəmiyyət verməyib. Elmar Qasımova yığma komandada son şans da verdik. Onu Budapeştdə keçirilən dünya çempionatına göndərdik. Lakin orda da uduzdu və ümidlərimizi boşa çıxardı. Qasımov son paylaşdığı videoya görə milli komandadan kənarlaşdırılıb. Yığmamız Şahdağda təlim-məşq toplanışı keçsə də, o, heyətə qatılmayıb. İnstaqram Elmarın şəxsi hesabıdır və biz sırf ona hər hansı qadağa qoya bilmərik. Lakin artıq idmançı kimi millidə yer almayacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!