Əziz Ələkbərli: İcmanın fəaliyyəti davam edəcək

saytların hazırlanması

Evə çatdırılma

Əziz Ələkbərli: İcmanın fəaliyyəti davam edəcək

Siyasət

16 Avqust 2025 13:16 336


"Cənab Prezidentin vurğuladığı kimi, biz Qərbi Azərbaycana tanklarla yox, maşınlarla qayıdacağıq".

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli bildirib.

Onun sözlərinə görə, İcmanın fəaliyyətinin dövlətlərarası münasibətlərlə, sülh sazişi ilə birbaşa əlaqəsi yoxdur: pizza

Xatırladaq ki, bəzi internet resurslarında Qərbi Azərbaycan İcması öz fəaliyyətini davam etdirməyəcəyinə dair xəbər yayılıb.

“Bizim fəaliyyətimiz dinc yolla öz dədə-baba yurdlarımıza qayıtmaqdan ibarətdir. İcma heç vaxt Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə qarşı çıxmayıb. Cənab Prezidentin vurğuladığı kimi, biz Qərbi Azərbaycana tanklarla yox, maşınlarla qayıdacağıq.

Qərbi Azərbaycan İcması Azərbaycan-Ermənistan normallaşma prosesini alqışlayır və bu istiqamətdə cənab Prezidentin səylərini dəstəkləyir. Ümid edirik ki, sülh gündəliyinin irəliləməsi biz qərbi azərbaycanlıların dinc yolla öz yurdlarımıza dönməsinə şərait yaradacaq. Qərbi Azərbaycan İcması bu sahədə fəaliyyətini bundan sonra da davam etdirəcək”, - deyə İcma rəhbəri vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    HEÇ İNANDIRICI DEYİL Kİ ƏZİZ, ƏHLİMAN, ALBERT, MİSİR VƏ. S YÜKSƏK VƏZİFƏLƏR TUTAN QƏRBİ AZƏRBAYCANLILAR QƏRBİ AZƏRBAYCANA QAYITSINLAR.
    9 months ago