“Əziz Şuşa” beynəlxalq velosiped yarışında dördüncü mərhələ başa çatdı

saytların hazırlanması

Evə çatdırılma

“Əziz Şuşa” beynəlxalq velosiped yarışında dördüncü mərhələ başa çatdı

İdman

10 İyun 2023 14:50 729


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının dördüncü mərhələsi başa çatıb.

“Report”un məlumatına görə, Gəncə İcra Hakimiyyətinin qarşısından başlayan mübarizə Göygöl Milli Parkında yekunlaşıb.

İdmançılar Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vuraraq, 102,9 km məsafə qət ediblər. Finişə hamıdan tez çatan velosipedçi italiyalı Alessandro Monako olub. Onun komanda yoldaşı Emanuele Ansolini ikinci, Qazaxıstan təmsilçisi Rudolf Remxi üçüncü yeri tutub. Dördpendirli pizza

Hər üç idmançı mükafatlandırılıb. Qalibə mükafatı Göygöl icra başçısı Elvin Paşayev təqdim edib.

Geridə qalan dörd turdan sonra ümumi sıralamada liderliyini qoruyan İtaliya idmançısı Emanuele Ansolini sarı formanı özündə saxlayıb.

Qeyd edək ki, “Əziz Şuşa” beynəlxalq velosiped yarışına iyunun 11-də yekun vurulacaq. Son mərhələdə idmançılar Beyləqandan Şuşa şəhərinə qədər 134,9 km məsafə qət edəcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!