F-47-ini kim istehsal edəcək? - Tramp dedi

saytların hazırlanması

Evə çatdırılma

F-47-ini kim istehsal edəcək? - Tramp dedi

Dünya

21 Mart 2025 20:44 2457


Altıncı nəsil F-47 döyüş təyyarəsinin hazırlanması ilə bağlı müsabiqədə “Boeing” qalib gəlib”.

Yenisabah.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp açıqlayıb.

"F-47 indiyə qədər istehsal edilmiş ən qabaqcıl, ən bacarıqlı və ən ölümcül təyyarə olacaq. Təyyarənin eksperimental versiyası təxminən 5 ildir ki, gizli şəkildə uçur və biz əminik ki, bu, digər dövlətlərin imkanlarından çox üstündür". pizza sifarişi

Xatırladaq ki, martın 21-də Trampın NGAD (Next Generation Air Dominance) kimi tanınan yeni nəsil döyüş təyyarəsi üçün ən azı 20 milyard dollarlıq müqavilə ilə bağlı Pentaqonun qərarını açıqlayacağı gözlənilirdi.

Qeyd edək ki, son illərdə “Boeing” və “Lockheed Martin” kimi nəhəng şirkətlər təyyarənin hazırlanması üzrə müqavilə üçün yarışırdı. Digər nəhəng şirkət “Northrop Grumman” isə 2023-cü ildə yarışdan çıxdığını açıqlamışdı.

NGAD layihəsi çərçivəsində hazırlanan təyyarənin F-22 Raptoru əvəz edəcəyi və pilotsuz uçuş aparatları ilə birlikdə istifadə ediləcəyi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!