Fabreqas futbolçularından gileyləndi

saytların hazırlanması

Evə çatdırılma

Fabreqas futbolçularından gileyləndi

İdman

24 Dekabr 2024 15:36 596


"Komo"nun baş məşqçisi Sesk Fabreqas futbolçularından gileylənib.

Yenisabah.az "Football Italia"ya istinadla xəbər verir ki, o, İtaliya A Seriyasının 17-ci turunda "İnter"ə 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra deyib: 

"Hər şey detallara bağlanır: standartların hesabına çıxılmaz vəziyyətlərdən çıxmalı oldular. Düşünmürəm, "Inter" gözləyirdi ki, "Komo" topsuz bu qədər yaxşı olacaq. Amma topla olanda daha yaxşı oynamalıyıq. Bu gün aydın şəkildə hansı futbolçuların qanında mənim oyun tərzimin olduğunu, hansılarda isə olmadığını gördüm.  pizza mizza

Yadıma gəlmir ki, "Inter" birinci hissədə nəsə etsin. Əsəbiyəm, çünki biz hiss edirdik ki, onlardan xal ala bilərik, amma etmədik. Mənə xarakterli oyunçular lazımdır". 

Qeyd edək ki, "Komo" turnir cədvəlində 15 xalla 16-cı yerdədir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!