“Facebook“ 10 minlərlə proqramı blokladı   - Səbəb

saytların hazırlanması

Evə çatdırılma

“Facebook“ 10 minlərlə proqramı blokladı - Səbəb

Dünya

25 Sentyabr 2019 18:45 1029


Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” məlumat itkisi ilə bağlı qalmaqaldan sonra on minlərlə proqramı bloklayıb.

"Yeni Sabah" “ictnews”a istinadla xəbər verir ki, son ildə “Facebook” dəfələrlə istifadəçi məlumatlarının itkisi ilə bağlı qalmaqalların mərkəzində olub.

Məsələn, Britaniyanın “Cambridge Analytica” analitik şirkəti “Facebook”un 87 milyondan çox istifadəçisinin məlumatını qanunsuz toplayıb. Şirkət bu informasiyadan seçicilərin siyasi maraqlarının öyrənilməsi məqsədilə istifadə edərək onlara müvafiq reklam nümayiş etdirib. pizza sifarişi

Bu hadisə ilə əlaqədar olaraq “Facebook” şirkəti 400 tərtibatçının on minlərlə proqramını bloklayıb. Şirkət istifadəçilərin fərdi informasiyasına girişə malik olan sosial şəbəkəyə yüklənmiş təxminən 1 milyon proqramı yoxlayıb. Bundan başqa, “Facebook” administrasiyası istifadəçilərin müraciətini də nəzərə alır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!