Facebook yeni funksiyanı sınaqdan keçirir

saytların hazırlanması

Evə çatdırılma

Facebook yeni funksiyanı sınaqdan keçirir

Maraqlı

15 İyul 2022 12:13 845


“Facebook” sosial media platforması istifadəçilərin bir hesaba qoşulmuş 5-ə qədər profil yarada bilməsi funksiyasını sınaqdan keçirir.

Facebook yarandığı gündən bəri davam etdirdiyi “əsl ad” siyasətində ciddi dəyişiklik etmək qərarına gəlib. 

Yoxlanılan yeni funksiyaya əsasən, Facebook üzvləri müxtəlif istifadəçi qrupları ilə qarşılıqlı əlaqə qura bilmələri üçün əsas hesaba bağlı 5-ə qədər profilə sahib ola biləcəklər. Marqarita pizza

Yenisabah.az xəbər verir ki, CNN-ə danışan Facebook sözçüsü Leonard Lamın sözlərinə görə, funksiya istifadəçilərə təcrübələrini maraqlarına və münasibətlərinə uyğunlaşdırmağa kömək edəcək.

Dəyişiklik üzvlərə profillərini yarı anonim etməyə imkan verəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!