“Facebook”dan daha bir yenilik   - Sınaqdan keçirilir

saytların hazırlanması

Evə çatdırılma

“Facebook”dan daha bir yenilik - Sınaqdan keçirilir

Sosial

07 Noyabr 2019 17:59 800


“Facebook” mobil qurğular vasitəsilə öz hesabına daxil olmağa çalışan istifadəçilərin kimliyinin eyniləşdirilməsi üçün sifətin tanınması sistemini sınaqdan keçirir. Bu haqda kod təhlilçisi Ceyn Mançun Vonq bildirib. O, proqramda sifətin tanınması sisteminə istinad tapıb.

"Yeni Sabah" xəbər verir ki, Vonqun sözlərinə görə, sözügedən sistem “Apple Face ID” ilə oxşardır, lakin “Facebook” sifətin şəkillərini istifadəçinin qurğusunda deyil, 30 gün müddətində serverdə saxlamağı planlaşdırır. “Facebook”dan bildirilib ki, sistemdəki məlumatlar başqa şirkətlərə əlçatan olmayacaq.

“Facebook”un nümayəndələri bununla bağlı şərh verməkdən imtina ediblər. /“ictnews” pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!