Dəhşət: Tanımadığı 7 nəfəri bıçaqlayaraq öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Dəhşət: Tanımadığı 7 nəfəri bıçaqlayaraq öldürdü

Kriminal

28 Dekabr 2020 11:23 863


Ötən gün səhər saatlarında Çinin Liaoning əyalətinin Kayhan şəhərində bir nəfər ətrafdakı insanlara bıçaqla hücum edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Çinin dövlət mediası məlumat yayıb. Açıqlamaya görə, Yanq soyadlı şəxs 7 nəfəri qətlə yetirib. 

Hazırda faktla bağlı araşdırma aparılır. Polis hücumun səbəbini və itkilərin təfərrüatını açıqlamayıb. Dominos pizza

Qeyd edək ki, son illər Çində bıçaqlı hücumların sayı artıb. Belə ki, 2017-ci ildə bir nəfər uşaq bağçasına hücum edərək, 11 şagirdi bıçaqla yaralayıb. Ən pis bıçaqlı hadisə isə ölkədə 2010-cu ildə qeydə alınıb. Həmin dövrdə ardıcıl olaraq üç gün məktəblərə bıçaqlı hücumlar təşkil edilib. Bundan sonra ölkənin Təhsil Nazirliyi kənar şəxslərin kampuslara girməsinin qadağan olunması ilə bağlı qərar qəbul edib. 2018-ci ilin oktyabr ayında bir qadın mətbəx bıçağı ilə uşaq bağçasına girərək 14 uşağı kəsib. Bu ilin iyun ayında isə ölkədə ibtidai məktəblərdən birinə bıçaqlı hücum olub və 37 uşaq, 2 yetkin şəxs yaralanıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!