Faiq Ağayev əsgərlər üçün sovqat göndərib

saytların hazırlanması

Evə çatdırılma

Faiq Ağayev əsgərlər üçün sovqat göndərib

Şou

08 Oktyabr 2020 12:43 1645


Xalq artisti Faiq Ağayev cəbhə bölgəsində döyüşən əsgərlər üçün sovqat göndərib.

Yenisabah.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında yazan sənətçi onlara məktub da ünvanlayıb:

"Əziz, sevimli, igid qardaşlarım! Bu günlərdə dünyanın dörd bir yanında yaşayan bütün azərbaycanlıların duaları sizinlədir! Mənim müzəffər, mərd, qüdrətli qaliblərim, bütün varlığımla yanınızdayam! Bilin - Vətənimiz Azərbaycan sizin kimi qəhrəmanlar ilə fəxr edir, qürur duyur! Möhkəm dayanın, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə misli görünməmiş zəfərlər qazanın! Sizi böyük həsrət ilə gözləyən əzizlərinizə sağ-salamat qovuşun! Allah Azərbaycan Ordusunun yar və yardımçısı olsun! İnşallah, Şuşada görüşərik və mən orada əlimdə müqəddəs bayrağımız, ətrafımda siz - igidlər, ayaqyalın konsert verəcəyəm!" Toyuqlu pizza

Bir müddət əvvəl könüllü hərbi xidmət üçün orduya yazılan Ağayev "Səfərbərlik Xidmətindən səbrsizliklə çağırış sms-i gözləyirəm. Yeganə qanuni, icazəli yol budur. Tələb olunduğum an böyük sevgi və həvəslə yola düşəcəyəm” – deyə qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!