Faiq Ağayev onları klipinə çəkdi -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Faiq Ağayev onları klipinə çəkdi - VİDEO

Şou

29 Noyabr 2024 16:44 1103


Xalq artisti Faiq Ağayev yeni klipini təqdim edib.

“La-La-La” adlanan layihə yutubda və musiqi platformalarında yayımlanıb.

Yenisabah.az xəbər verir ki, mahnının klipi 18 saat ərzində fasiləsiz çəkilib və ümumilikdə səhnələrdə 40 nəfər yer alıb. Söz və musiqisi Zamiq Əliyevə (Yap10) məxsus mahnını rejissor Toğrul Rzayev ekranlaşdırıb.  pizza sifarişi

Klipdə meqastarın həmkarları Nigar Camal, Eldar Qasımov, Dilarə Kazımova, Murad Arif və fotoqraf İsmayıl Rzayev çəkilib.

Ekran işində Nigar Kəlbiyeva və Günel Fərhadlı rol alıb. (Axşam.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!