Faiq Bağırov 3 maddə ilə ittiham olunur

saytların hazırlanması

Evə çatdırılma

Faiq Bağırov 3 maddə ilə ittiham olunur

Kriminal

10 İyul 2020 17:00 1927


Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov 3 maddə ilə ittiham olunur. 

Yenisabah.az xəbər verir ki, o,  Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 311.3.2-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilir. Onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün Səbail rayon Məhkəməsinə təqdimat daxil olub. Bu gün Faiq Bağırov barəsində həbs qətimkan tədbiri seçilə bilər.

Faiq Bağırov Dövlət Təhlükəsizlik Xidmətinin Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat çərçivəsində saxlanılıb. O, bu vəzifədən əvvəl Azərbaycanın Türkiyədəki səfiri olub. Pepperoni pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!