Faktiki hava açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Faktiki hava açıqlandı

Sosial

12 Noyabr 2025 09:16 345


Milli Hidrometeorologiya Xidməti noyabrın 12-si saat 8:00-a olan faktiki havanı açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur.

Duman sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir. Gündüz saatlarında temperaturun yüksək olması, gecə saatlarında isə yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsi dumanın əmələ gəlməsinə səbəb olub. Pepperoni pizza

Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalan, Şəmkir, Gəncə, Balakən, Qusar, Şamaxı, Qobustan, Bərdə, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Cəfərxan, Yevlax, Tərtər, Mingəçevir, Biləsuvar və Ağdamda duman müşahidə olunur. Görünüş məsafəsi 50-200 metrədək məhdudlaşır.

Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin noyabrın 15-dək fasilələrlə davam edəcəyi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!