"4-5 il əvvəl şirkətlərə və iri müəssisələrə işsizlik göstəriciləri çox olmasın deyə, qeyri-rəsmi göstəriş verilmişdi ki, işçilərlə əmək müqaviləsinə xitam verməsinlər, ixtisar əvəzinə onları ödənişsiz məzuniyyətə göndərsinlər. İndi ölkədə minlərlə insan var ki, illərdir işsizdir, amma elektron informasiya sistemində aktiv əmək müqaviləsi var".
Yenisabah.az xəbər verir ki, bunu Vətəndaş və Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov deyib. O, bildirib ki, həmin şəxslərə sözügedən məsələ ilə bağlı xəbərdarlıq edilməyib:
"Sadəcə deyiblər ki, iş yoxdur, olanda yenidən çağracağıq. Həmin şəxslərin əksəriyyəti heç bilmir ki, onlar faktiki işsiz olsa da, rəsmən "işləyirlər". Nəticədə işsiz kimi qeydiyyatdan keçə bilmirlər və məlum SMS-i alırlar. Bu halda şəxsin məşğul hesab olunması üçün əmək müqavilələrinin qeydiyyatı aparılan elektron informasiya sistemi üzərindən deyil, Dövlət Sosial Müdafiə Fondunun məlumat bazası üzərindən yoxlanılmalıdır. Yəni bir şəxs üçün sığorta ödənişləri yoxdursa, o artıq işsizdir. Problemi həll etmək nə qədər çətindir? Niyə bu qədər uzadırlar? Ölkə Prezidenti qəti tapşırıb ki, kim işləmir ona yardım edilsin". Toyuqlu pizza
Telegram kanalımız