Falkao “Qalatasaray“la bağlı qərarını verdi

saytların hazırlanması

Evə çatdırılma

Falkao “Qalatasaray“la bağlı qərarını verdi

İdman

06 May 2020 21:12 1099


"Qalatasaray" klubunun kolumbiyalı ulduzu Radamel Falkao məşhur "ESPN" nəşrinə açıqlama verib.

Yenisabah.az xəbər verir ki, 34 yaşlı hücumçu Türkiyə karyerası barədə danışıb. Falkao burada əsas çətinliyinin türk dilini öyrənməyi olduğunu bildirib. Futbolçu bu işdə ona "Cimbom"un qapıçısı Fernando Musleranın kömək etdiyini deyib:

"Türkiyədə dil çox çətin və qarışıqdır. Muslera türk dilini bildiyinə görə mənə kömək edir. Burada atmosfer əladır. Küçəyə çıxdıqda azarkeşlərin isti münasibətini görürsən". Sezar pizza

Falkao həmçinin "Qalatasaray"dan ayrılma ehtimalı barədə yayılan xəbərlərə də münasibət bildirib. Təcrübəli forvard "Qalatasaray"da qalmaq istədiyini bildirib:

"Türkiyədə çox xoşbəxtəm. Klubumu tərk etmək niyyətində deyiləm".

Qeyd edək ki, futbolçu ötən il "Qalatasaray"a transfer edilib.  /Offsideplus.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!