Fariz Babayev vəzifəsindən azad olundu

saytların hazırlanması

Evə çatdırılma

Fariz Babayev vəzifəsindən azad olundu

Sosial

30 Oktyabr 2025 21:50 423


Respublika Klinik Uroloji Xəstəxanasının direktoru vəzifəsindən azad olunub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Bizim Lənkəran" feysbuk səhifəsində məlumat verilib.

Xəstəxananın direktoru tibb üzrə fəlsəfə doktoru Fariz Babayev öz ərizəsi ilə işdən ayrılıb. pizza

Qeyd edək ki, Səhiyyə Nazirliyinin baş nefroloqu olan Fariz Babayev 1963-cü ildə Lənkəran şəhərində anadan olub.

2003-2021-ci illərdə Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin müdiri vəzifəsində çalışıb. 2006-cı ildən Avropa Nefroloqlar və Dializ Assosiasiyasının üzvüdür.

Fariz Babayev həm də həvəskar bəstəkardır. Tanınmış şair Həbib Səfərovun müəllifi olduğu "Lənkəran" şeirinə Fariz Babayev musiqi bəstələmişdir (Cavad Rəcəbovun oxuduğu məşhur "Lənkəran" mahnısı). Fariz müəllimin bəstəkarı olduğu "Lənkəran" mahnısı Lənkəranın brendidir, dillər əzbəridir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!