Bir neçə gündür ki, futbol üzrə Azərbaycan Premyer Liqasında qış fasiləsi bitib və “transfer pəncərəsi” bağlanıb. Komandalar artıq yeni ildəki ilk oyunlarını keçiriblər.
Bəs görəsən, qış fasiləsində edilən transferlərə görə hansı klubu “ən yaxşı” hesab etmək olar? Ümumiyyətlə, edilən transferlərdən və Antalya məşq toplanışından sonra mövsümün 2-ci yarısında hansı klubdan sürpriz gözləmək olar?
Bu suallarımıza cavab tapmaq üçün futbol eksperti Aslan Kərimovla əlaqə saxladıq. Millimizin və “Qarabağ”ın sabiq üzvü “Yeni Sabah”a açıqlamasında bildirib ki, transferlərdə ən fəal klub “Sabah” olub, lakin ən yaxşını açıqlamaq üçün bir neçə tur gözləməliyik: pizza sifarişi
“Bəzi klublar transferlərini tam açıqlamayıb. Yəni, dünən və srağagün keçirilən matçlarda bəzi klubların transferləri oynadı, bəziləri oynamadı. Hansı klubun transferi daha uğurludur, hansı deyil? Bunun üçün bir neçə tur gözləməliyik. İki-üç turdan sonra ən uğurlu transferi hansı klub edib, onu deyə biləcəyik.
Çünki demək olar ki, bütün yeni futbolçular az müddətdə meydanda oldular, meydana ehtiyatdan daxil oldular, bəziləri heç oynamadı, bir sıra futbolçular isə tanıdığımız oyunçular idi. Misal olaraq, Yevgeni Koçuku göstərə bilərəm. Baxmayaraq ki, o da yalnız bir hissədə oynadı, amma artıq tanıdığımız oyunçudur. Ona görə də bir turdan sonra qiymətləndirmək istəməzdim. Bəlkə, elə oyunçu var ki, yeni transfer edilib, meydanda 30 dəqiqə oynadı, o qədər də gözə dəymədi, amma bir neçə turdan sonra həmin futbolçu əla performans göstərə bilər. Amma ən fəalın adını açıqlaya bilərəm. Transferdə ən fəal klub “Sabah” oldu. Kimdən oyunçu çıxdı, “Sabah”a getdi, Kimdən oyunçu çıxdı, “Sabah” gedib onu aldı”.
A.Kərimov klubların qarşıdakı çıxışlarından böyük sürpriz gözləmədiyini və “Qarabağ”ın çempionluğa doğru getdiyini söyləyib. O, eyni zamanda “Neftçi” və “Keşlə”nin ikinci yer uğurunda mübarizə apara biləcəyini vurğulayıb:
“Mənə görə, sürpriz olmayacaq. Düşünürəm ki, “transfer pəncərəsi”ndə çoxlu oyunçu alan komanda “Sabah” idi. Amma buna baxmayaraq, ondan da bir sürpriz gözləyəsi deyilik. İlk turdan bunu sübut etdilər. “Keşlə” isə ilk dövrədən göstərdiyi oyunu nümayiş etdirdi. Gedib “Qəbələ”də qələbə qazandı. “Qarabağ” sözsüz ki, çempionluğu doğru addım-addım gedir. “Neftçi”nin “Qarabağ”a çatmayacağını onsuz da, birinci dövrədən əvvəl də bilirdik. İkinci dövrənin başlanğıcında da bunun sübutunu gördük. “Keşlə” ikinci yer uğurunda “Neftçi” ilə mübarizə apara biləcək”.
Naibə Məmmədova
Telegram kanalımız