““Fast food”lar immuniteti zəiflədir”   – Qida eksperti

saytların hazırlanması

Evə çatdırılma

““Fast food”lar immuniteti zəiflədir” – Qida eksperti

Sağlamlıq

02 Aprel 2020 13:36 744


Bakıda və Azərbaycanın digər şəhərlərində karantin tədbirlərinin artırılması nəticəsində iaşə xidmətlərinə, yəni qida məhsullarının evlərə və ya ofislərə çatdırılmasına tələb nəzərəçarpacaq dərəcədə artıb.

Bu gün yeməklərin və qida qablaşdırmalarının hazırlanması üçün məcburi vahid gigiyenik təhlükəsizlik standartlarını tətbiq etmək və yalnız təkrar termik təsirə məruz qala biləcək yeməklərin verilməsini məhdudlaşdırmaq lazımdır. Bəs bu təhlükəsizlik standarları nələrdir? Virusun yayıldığı bir dövrdə qidalarda ən çox nələrə diqqət yetirilməlidir? 

Yenisabah.az saytına açıqlamasında qida eksperti İsa Əliyev qeyd edib ki, qida məhsulunun evlərə çatdırılmasında paketləməyə xüsusi diqqət yetirmək lazımdır: “Normal zamanlarda belə qida məhsullarının paketlənməsi ən vacib amillərdən biridir. Biz qida mühəndisləri olaraq yəni karantin rejimi olmasa belə, açıq satılan məhsulların əleyhinə oluruq. Xüsusən küçələrdə, yol kənarlarında satılan məhsullar birbaşa insanları xəstələnməyə dəvət edir. Ona görə də paketlənmə ən üst səviyyədə olmalıdır. Karantin rejimində evlərə çatdırılma zamanı müəyyən paketləmələrdən təbii ki, istifadə edilir. İlkin növbədə bu paketlənmənin qidaya uyğun olub-olmamasına diqqət etmək lazımdır. Məsələn, istifadə olunan streç texniki streç və ya qida üçün nəzərdə tutulan streç ola bilər. Qidaya uyğun olanın üzərində “food grade” yazılır. Bunlardan istifadə olunarsa, o zaman heç bir problem yoxdur. Amma texniki streçlərdən və yaxud qida üçün uyğun olmayan plastik qablardan istifadə olunursa, o zaman problemdir. Digər bir misal göstərim. Qida məhsullarını da divar boyasını da plastik vedrələrə qoymaq mümkündür. Lakin divar boyasını qoyulduğu plastik vedrə sterilizə olunmamışdır və qidaya uyğun deyildir. Amma pendir və yaxud turşu qoyulan plastik qablar mütləq şəkildə qidaya uyğun olur. Bu da paketlərin üzərində qeyd olunur. Olunmasa, şübhə yarana bilər”.  pizza mizza

Ekspert kuryerlərin də gigyenik şərtlərə əməl etməli olduğunu diqqətə çatdırıb: “Virusun yayıldığı bir zamanda bu vacibdir. Kuryerlər maska və əlcəkdən istifadə etməlidirlər, gətirdikləri məhsulu xüsusi çantalara qoymalıdırlar. Bu gün biz əgər immun sistemimizi düşünürüksə, “fast food”lardan uzaq durmalıyıq. Biraz meyvə-tərəvəzə və yaxud evdə bişmiş qidalara üstünlük verilməlidir. Məsələn, bir hamburger alırlar isidirlər, sonra soyudurlar, sonra təzədən isidirlər. Bunun özü bir problemdir. Çünki istənilən ət və ət məhsulu isidilib, daha sonra soyudulduqda problem yaranır. Çox zaman evdar xanımlar da bu səhvi edirlər. Ət yeməyini bir neçə dəfə isidirlər. Bu, insanın sağlamlığı üçün təhdiddir. Ona görə də termik prosesdən keçdi və hər şey əladır deyə bir şey yoxdur. Bu prosesi bir neçə dəfə etdikdən sonra yeməyin özündə problemlər əmələ gəlməyə başlayır”. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!