Fatih Altaylıya “Prezidentə təhdid” ittihamı ilə 4 il 2 ay həbs cəzası verildi

saytların hazırlanması

Evə çatdırılma

Fatih Altaylıya “Prezidentə təhdid” ittihamı ilə 4 il 2 ay həbs cəzası verildi

Dünya

26 Noyabr 2025 14:28 516


Jurnalist Fatih Altaylı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhdid etdiyi iddiası ilə mühakimə edildiyi iş üzrə 4 il 2 ay həbs cəzasına məhkum edilib.

"Yeni Sabah" habertürk-ə istinadla xəbər verir ki, məhkəmə Fatih Altaylının həbsdə saxlanılması barədə qərarını da qüvvədə saxlayıb.

İstanbul Baş Prokurorluğu jurnalist haqqında 2025-ci il iyunun 20-də sosial mediada yayımladığı proqramında Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf aldığı və təhdid xarakterli sözlər işlətdiyi ittihamı ilə istintaqa başlamışdı. O, iyunun 21-də saxlanılaraq “Prezidenti təhdid edən ifadələr işlətmək” iddiası ilə həbs olunmuşdu. Altaylı barəsində ən az 5 il həbs tələbi ilə açılan cinayət işinin ikinci məhkəmə iclası bu gün keçirilib. pizza hut

Məhkəmə iclasına Fatih Altaylı ilə yanaşı, onun vəkili Erinç Sağkan və Prezidentin vəkili iştirak edib. Tanınmış jurnalistə dəstək üçün Celal Şengör, İlber Ortaylı kimi tanınmış şəxslər də məhkəməyə qatılıb.

Müdafiə çıxışında jurnalist sözlərinin təhdid kimi dəyərləndirilə bilməyəcəyini deyib: “Prezident elə asan qorxan biri deyil. Mənim danışığımın onun proqramına təsiri olmadı. Heç bir niyyətim yox idi, özümü haqsızlığa uğramış hesab edirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!