Fatih Terim koronavirusa necə yoluxub?   – Həkimi danışdı

saytların hazırlanması

Evə çatdırılma

Fatih Terim koronavirusa necə yoluxub? – Həkimi danışdı

İdman

26 Mart 2020 16:58 1432


Türk futbolunun əfsanəvi ismi, “Galatasaray” futbol klubunun baş məşqçisi Fatih Terimin səhhəti qənaətbəxşdir.

Yenisabah.az xəbər verir ki, bu barədə mətbuata Fatih Terimin həkimi, professor Cəlaləddin Qocatürk məlumat verib. Həkim məşqçinin müalicəsinin yaxşı getdiyini, onun tezliklə koronavirus bəlasından xilas olacağını bildirib.

Jurnalistlərin “Terim koronavirusa necə yoluxub?” sualına Qocatürkün cavabı belə olub: “Fatih bəy idman ictimaiyyətində təmsil olunan şəxslərin biri vasitəsilə virusa yoluxub. Həmin adamı təsbit edib, karantinə almışıq. Amma adını açıqlamağım qeyri-etik olar”. pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!