Fatih Terim "Qalatasaray"dan ayrıla bilər.
Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, son turda çempionluq yarışında vacib 2 xal itirən "Cimbom" mövsümün bitimində baş məşqçisiz qala bilər.
Son nəticəyə görə, olduqca məyus və qəzəbli olduğu bildirilən 66 yaşlı mütəxəssisin radikal qərar qəbul edəcəyi gözlənilir. pizza mizza
Super Liqada qalan 6 oyuna ancaq qələbə qazanmaq üçün çıxacaq "Qalatasaray"ın çalışdırıcısının mövsüm sonunda klubu tərk edəcəyi ehtimalı böyükdür.
Qeyd edək ki, hazırda 51 xalı olan İstanbul təmsilçisi 4-cü pillədə qərarlaşıb. 59 xala malik "Başakşəhər" isə turnir cədvəlinin lideridir.
Telegram kanalımız