Fatih Terim yenidən “Qalatasaray“da   - Video

saytların hazırlanması

Evə çatdırılma

Fatih Terim yenidən “Qalatasaray“da - Video

İdman

21 İyun 2021 15:49 1220


"Qalatasaray"la müqaviləsi mayın 31-də başa çatan Fatih Terim klubla yeni sözləşmə imzalamağa yaxındır.

Yenisabah.az xəbər verir ki, Terim Burak Elmasın klub prezidenti seçilməsindən sonra bu gün Floryaya - komandanın məşq düşərgəsinə gəlib. 67 yaşlı mütəxəssis futbolçular tərəfindən alqışlarla qarşılanıb. Daha sonra o, texniki heyətlə birgə hazırlıq prosesinə başlayıb.

Klub rəhbərliyinin Terimlə yaxında yeni müqavilə imzalayacağı gözlənilir. Prezident Burak Elmas bundan əvvəl etdiyi paylaşımda isə bildirib: "Dünən axşam saatlarında Fatih Terimlə görüşdük. Sabah səhər evimiz Floryada məşqlərə başlayacaq. "Qalatasaray"ın baş məşqçisi "Qalatasaray"lı Fatih Terimdir. Müqavilə, bununla bağlı xüsusi mərasimə və sair işlərə ayıra biləcəyimiz 1 dəqiqə belə vaxtımız yoxdur. Görməli olduğumuz çox iş var". pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!