Türkiyədə koronavirusdan sağalan məşhur futbol adamlarının sırasına “Akhisarspor”un məşqçisi Yılmaz Vural da qoşulub.
Yenisabah.az xəbər verir ki, ötən həftə koronavirus şoku yaşayan “Akhisarspor”un kollektivi növbəti dəfə testdən keçirilib. Sonuncu analizlər nəticəsində baş məşqçi Yılmaz Vural və 3 futbolçunun koronavirusdan sağaldığı müəyyənləşib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Koronavirus testi müsbət çıxan şəxslərin müalicəsi davam etdirilir. Onların xüsusi karantinə alındıqları bildirilir. pizza mizza
Qeyd edək ki, bir müddət əvvəl “Qalatasaray”ın məşqşisi Fatih Terim də koronavirusdan sağalaraq, komandanın “sükanı” arxasına keçib.
Telegram kanalımız