Fatih Terimin cəzası açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Fatih Terimin cəzası açıqlandı

İdman

25 Dekabr 2020 00:54 1152


Türkiyə Super Liqasının XII turunda “Fatih Karagümrük”lə oyunda qırmızı vərəqə alan “Qalatasaray”ın baş məşqçisi Fatih Terimin cəzası müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, görüşün 69-cu dəqiqəsində texniki zonadan qovulan təcrübəli mütəxəssis 5 matçlıq diskvalifikasiya olunub.

Nizam-İntizam Komitəsi müxtəlif maddələri birləşdirərək, Terimin qarşıdakı 4 matçda texniki zonada yer almamasını qərara alıb. Çünki “cim-bom” artıq bir görüşü (“Göztəpə” – 3:1) onsuz keçirib. Həmçinin “sarı-qırmızılılar” çalışdırıcıya görə 45 min 500 lirə məbləğində cərimələnib. Marqarita pizza

“Qalatasaray” rəhbərliyi qərara dərhal etirazını bildirib. Terim ya onlayn, ya da üz-üzə görüşlə özünü müdafiə etmək istəyir.

Qeyd edək ki, Fatih Terim “Trabzonspor”, “Antalyaspor”, “Konyaspor” və “Gənclərbirliyi” ilə qarşılaşmalarda “Qalatasaray”a kömək edə bilməyəcək.  /Apasport


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!