"Səbəb yoxdur, amma nəsə səni sıxır, hər şeydən imtina etmək, gözlərdən kənar bir yerə getmək istəyirsən. Boşluqdasan, səni heç nə sevindirmir. Ətrafdakı hər şeyə yad və laqeyd olursan".
Yenisabah.az xəbər verir ki, bu sözləri tanınmış rəqqasə Fatimə Fətəliyeva sosial şəbəkə hesabında yazıb.
Rəqqasənim depressiya ab-havalı paylaşımı izləyiciləri təəəcübləndirib: pizza sifarişi
''Ən şən insanın belə qəlbinin qaraldığı gün olur. Hüzünlü, bir payız sisi kimi tutqunluq qəlbi bürüyür, günəş işığının yaxınlaşmasına imkan vermir. Qəlbinin içində səbəbi açıqlana bilinməyən ağrılı bir hiss yaranır. Qəribə bir güc ruhunuzu və qəlbinizi ələ keçirir, başqa duyğulara yer qalmır. İçinizdə kədər, sevinc, qəzəb və inciklik yoxdur. Heç nə yoxdur. Yalnız ümidsizlik və həsrət.
Sözlə ifadə edilə bilməyən həsrət, ağlamaq da olmur. Boğulursan, boğazında hər şey düyünlənib. Başqa hisslər gəlmir, var olan da getmir... Qeyri-adi, görünməz, açıqlana bilinməyən hisslərdir".
Şərhlərdə izləyicilər sənətçiyə nə olduğu ilə bağlı suallar ünvanlasa da, o sualları cavabsız qoyub.
Telegram kanalımız