Fatimə Mövlamlı saxlanılıb? - Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Fatimə Mövlamlı saxlanılıb? - Rəsmi açıqlama

Sosial

28 Yanvar 2020 11:14 1402


Bakı şəhər Baş Polis İdarəsi bloqer Fatimə Mövlamlıya polis tərəfindən təzyiq edilməsi məsələsinə münasibət bildirib.

"Yeni Sabah" xəbər verir ki, BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, F. Mövlamlının polis tərəfindən saxlanılaraq, ona təzyiq göstərilməsi ilə bağlı sosial şəbəkələrdə yaydığı məlumatlar tamamilə əsassızdır:

“O, polis orqanları tərəfindən saxlanılmayıb, deyilənlər həqiqəti əks etdirmir. Bu kimi yanlış informasiyaların məqsədli şəkildə dövriyyəyə buraxılması təəssüf doğurur, böhtan xarakteri daşıyır”. Sezar pizza

Qeyd edək ki, bloqer sosial şəbəkədə Səbail rayon polis idarəsinin polisləri tərəfindən təzyiq altında saxlanılması barədə məlumat paylaşıb. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!