Fazil Mustafa çıxış yolu tapdı

saytların hazırlanması

Evə çatdırılma

Fazil Mustafa çıxış yolu tapdı

Siyasət

09 Mart 2020 10:27 1270


Koronavirusla əlaqədar olaraq kütləvi toplantıların təxirə salınması seçiciləri ilə görüşmək niyyətində olan deputatların da işini çətinə salıb. Amma millət vəkili Fazil Mustafa bu problemdən çıxış yolu tapıb.

“Yeni Sabah” xəbər verir ki, deputat bildirib ki, o öncədən vəd vermişdi ki, hər ay Bakıxanov qəsəbəsinin ayrı-ayrı məhəllərlərdə yerləşən mərasim evlərində seçicilərlə geniş tərkibli görüşlər keçirəcək:

“Lakin məlum epidemiya problemi bu vədin gerçəkləşməsini mümkünsüz edir. Müvəqqəti olaraq bu vədimizi yerinə yetirə bilməyəcəyik və bunu anlayışla qarşılayacağınıza ümid edirəm.  pizza hut

Lakin "Bakıxanov seçiciləri ilə təmas qrupu" adlı yenicə açdığım profil üzərindən dostluq göndərən bütün internet istifadəçisi olan seçicilərlə mesajlaşma və yaxud on-line formasında təmasımız olacaq. 

Digər tərəfdən seçicilərin hər birində mobil telefonum var, bu telefon vasitəsi ilə də gün ərzində şikayət, ərizə və təkliflərini şifahi şəkildə çatdıra bilərlər. İndiki şəraitdə ən optimal təmas vasitələrindən biri də, yazılı müraciətlərin 26 saylı seçki dairəsinə təqdim etməkdir, köməkçim dərhal həmin müraciəti mənə çatdıracaq və dərhal lazımi prosedur qaydaları həyata keçiriləcək. 

Necə deyərlər, yaranmış şəraitdə mümkün əlaqə formasının bu cür gerçəkləşdirməyi düşünürük”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!