Fazil Mustafa evə nə zaman buraxılacaq? - Xanımı danışdı

saytların hazırlanması

Evə çatdırılma

Fazil Mustafa evə nə zaman buraxılacaq? - Xanımı danışdı

Maraqlı

03 Aprel 2023 09:44 830


Ötən həftə yaşadığı evin qarşısında silahlı hücuma məruz qalan deputat Fazil Mustafanın vəziyyəti qaydasındadır. 

Bunu Modern.az-a açıqlamasında deputatın həyat yoldaşı Zülfiyyə Mustafayeva bildirib. 

“Şükür Allaha, bu gün vəziyyəti yaxşıdır, stabildir. Biz hələ ki xəstəxanadayıq. Evə nə zaman buraxılacağı ilə bağlı həkimlər hər hansı məlumat verməyiblər. Biz ayrı palatalarda qalırıq, həkimlər çox adamı xəstənin yanında qalmağa qoymur”, - deyə deputatın xanımı vurğulayıb. Dördpendirli pizza

Qeyd edək ki, martın 28-i axşam saaatlarında Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktı törədilib. Yaşadığı evin qarşısında güllələnən deputat çiyin və ayağından yaralanıb. O, dərhal xəstəxanaya çatdırılaraq, əməliyyat olunub. 

 

Ötən gün keçirilən əməliyyat nəticəsində cinayətdə şübhəli bilinən 4 nəfər saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!