Fazil Mustafa “polisə gülatma” klipini bəyənib

saytların hazırlanması

Evə çatdırılma

Fazil Mustafa “polisə gülatma” klipini bəyənib

Siyasət

26 İyun 2020 12:43 1776


“Hansı formada gözdən salmağa çalışırlar, çalışsınlar. Azərbaycan polisinə dəstək klipi bəyənilsin”. 

Yenisabah.az xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa səsləndirib. O, əlavə edib ki, bundan sonra həkimlər, əsgərlər barədə də oxşar kliplər hazırlamaq lazımdır:  

““Yaşa, yaşa Azərbaycan” mahnısı da mövzuya tam uyğun olaraq seçilib. Ardınca Azərbaycan həkiminə də dəstək klipini hazırlayın. Azərbaycan əsgərinə də sevgini, inamı ifadə edən belə bir klipin hazırlanması yerində olardı. O əsgər də döyüş postunda dövlətimizin təhlükəsizliyi üçün fədakarlıq edir.  Marqarita pizza

Burada karantin rejiminin qaydalarına üç aydan çoxdur intizamla əməl edən Azərbaycan vətəndaşları barədə də bu cür təbliğat materiallarına ehtiyac var. Yaşı 65-i keçən insanlar tanıyıram ki, deyilənlərə nöqtə-vergülünə qədər əməl edir. İş adamı tanıyıram ki, öz məhdud imkanlarına rağmən 15-20 min koronavirusla mübarizə fonduna pul keçirdi. Bu cür insanları da tapıb maraqlı bir kliplə təbliğ etmək lazım. 

Sadəcə bu cür faydalı təbliğat işlərini görərkən sosial məsafə, maska kimi tələblərə əməl etdiyinizi də göstərin ki, "körpüdə deşik axtaranlar", ölkədə qarışıqlıq yaranması naminə hər cür yaramazlığa əl atanlar səmimi niyyətinizə kölgə sala bilməsinlər. Bu ölkəni qaragüruhçu zehniyyətə təslim etmək olmaz. Bu gün əsas hədəf siyasi mübarizə deyil, sağlamlıq mübarizəsidir. Bu xalqı, bu dövləti sağlamlıq mübarizəsindən sağlam çıxarmaq hər bir məsuliyyətli azərbaycanlının vəzifə borcudur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!