“Bu gün Prezident Adminstrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə siyasi partiyalarla dialoq formatında təkbətək gürüşümüz oldu. Ə. Vəliyev ilk öncə 15 iyul 2020-ci ildə keçiriləcək Böyük Quruluş Partiyasının VI Qurultayı münasibəti ilə bütün partiya üzvlərinə təbriklərini çatdırdı”.
Yenisabah.az xəbər verir ki, bunu Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa deyib. O bildirib ki, görüşdə ölkə prezidentinin siyasi partiyaların inkişafı, siyasi münasibətlərin daha sağlam zəmində formalaşması istiqamətində tapşırıqlarına uyğun olaraq hər bir partiya ilə münasibətlərin açıq, şəffaf və demokratik prinsiplərə uyğun qurulmasının vacibliyinə diqqət yetirilib:
“Ədalət Vəliyev partiyamızın ölkənin ictimai-siyasi həyatında və Milli Məclis müstəvisində fəaliyyətinin konstruktiv müxalifətçiliyə əsaslandığını, sağlam tənqid və təkliflərimizin Azərbaycan hakimiyyəti tərəfindən diqqətə alındığını xüsusi olaraq qeyd etdi. Biz də qarşılıqlı olaraq ölkədə başlanan dialq prosesində ən fəal rol alacağımızı bildirərək, son vaxtlar sağlamlaşan iqtidar-müxalifət münasibətlərinin dövlətçiliyimiz üçün vacib olduğunu vurğuladıq. Son vaxtlar yeni siyasi partiyaların qeydə alınmasının ölkədə siyasi plüralizmin inkişafına töfhə verəcəyini qeyd edərək bu cür hüquqi maneələrin ortadan qaldırılmasının qarşılıqlı etimadın güclənməsinə təkan verəcəyini ifadə etdik. Görüşdə Ermənistanın torpaqlarımızı işğalı və Dağlıq Qarabağ məsələsində BQP-nin mövqeyi haqqında da müzakirələr apardıq. Ə.Vəliyev bu cür müzakirələrin bütün siyasi partiyalarla aparıldığını və qalıcı bir proses olacağını bir daha bildirdi. Mən də BQP olaraq dövlətçiliyimizin maraqlarının təmin olunması üçün bir müxalifət partiyası olaraq üzərimizə düşən vəzifəni hər zaman həssaslıqla yerinə yetirəcəyimizi qeyd etdim.Görüş olduqca səmərəli keçdi və xeyli məsələlər ətrafında faydalı müzakirələr oldu”. pizza hut
Telegram kanalımız