Fazil Mustafa sığorta şirkətini “topa tutdu”: “Fırıldaqçılıqla məşğuldur”

saytların hazırlanması

Evə çatdırılma

Fazil Mustafa sığorta şirkətini “topa tutdu”: “Fırıldaqçılıqla məşğuldur”

Maraqlı

30 Avqust 2022 21:21 1922


““Xalq sığorta” fırıldaqçılıqla məşğuldur. Göyçay filialı maşını vurulmuş İsmayıllı sakini Ağayev Sahab Gülsahab oğlu adlı vətəndaşa qaynar xəttdə (182 nömrəli) 1020 manat veriləcəyini demişlər. Adama 055 205 73 15 nömrəli telefonu əlaqə üçün SMS-də göndərirlər, bu nömrə də cavab vermir. Həm də bu rəqəm hər iki tərəfə yarıbayarı ödənməlidir. Ay yarım keçib, yoxsul vətəndaş yüz dəfə kontur işlədib zəng edəndən sonra bildiriblər ki, veriləsi rəqəm 500 manatdır. Vətəndaş etiraz edib. Qaldırıblar 700 manata...”

Yenisabah.az xəbər verir ki, bunu deputat Fazil Mustafa bildirib.

“Cəmi 350 manat almalıdır, adama hesab da açdırıblar, onu da ödəmirlər. Dövlətin düşmənləri belələridir. Vətəndaş maşın sürə bilmir ki, təmirə ehtiyacı var. Görünür,  o 350 manatdan da umacaqları var. Bu başdan-ayağa özbaşınalıqdır. Görün hər gün  minlərlə vətəndaşı necə bezar edirlər” – F.Mustafa qeyd edib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    FAZİL BƏY AZƏRBAYCANDA ÖZBAŞINALIQ OLMAYAN İŞ YERİ TAPMAQ MÜMKÜN DEYİL. ÇÜNKÜ HƏR YERDDƏ SİZIN TƏMSİL OLUNDUĞUNUZ BÖLGƏNİN BİZNESMENLƏRİ FƏALİYYƏT GÖSTƏRİRLƏR. BAXIN MM- ƏKSƏRİYƏT " deputatlar oradan olanlardırlar.
    4 years ago