“Yazıblar ki, Fazil Mustafa seçicilərə 5 manat pul və siqaret paylayıb ki, görüşə gəlsinlər. Maraqlıdır ki, qarşıma əlində siqaret çıxan ərkim çatan hər bir kəsin siqaretini alıb çöplüyə atıram ki, Allahın verdiyi vücudu niyə məhv edirsən?”.
Yenisabah.az xəbər verir ki, bu sözləri 26 saylı Sabunçu birinci seçki dairəsindən namizəd Fazil Musatafa seçicilərinə 5 manat pul və siqaret payladığı barədə yayılan məlumata münasibət bildirərkən deyib.
Fazil Mustafa daha sonra həmin xəbəri yayan jurnalistin ona zəng vurduğunu bildirib: “Bizim guya seçicilərə "5 manat pul və siqaret paylayaraq görüşə gətirdiyimiz" barədə informasiyanı yayan persona tapıldı. Bu "5 manatlıq" jurnalistin adı Nərmin Qənidir. Özü zəng vurmuşdu, bildirdi ki, guya onda videomateriallar var, seçicilərdən bəziləri bunu söyləyib. Bildirdim ki, informasiyanı yazanda mütləq istinad etməlisən, kim deyib, hansı fakta əsaslanaraq deyib. Hansı siqaretin markasını göstərib? Marqarita pizza
Digər tərəfdən az-çox savadı olan jurnalist yazmalıdır ki, qarşı tərəfin mövqeyini də dinləməyə, yaxud yazmağa hazırıq.
Qeyd etdim ki, açıq-aşkar böhtan yazmısınız və bu böhtanı da məhz sifarişlə yazmısınız. Üstəlik də mənim seçicilərimi təhqir etmisiniz. Önlar könüllü şəkildə öz namizədlərini dinləməyə və dəstəkləməyə gəlmişlər, onların xeyli hissəsi də qadın seçicilərimizdir, onlara da siqaret paylanıb?
Demək ki, bu "5 manatlıq" jurnalistlərə diqqət ayırmamız lazımdır ki, Azərbaycanın şərəfli və peşəkar jurnalistlərinin adına ləkə gətirməsinlər. Ona görə də ilkin olaraq bu jurnalistlə və həmin saytlarla bağlı Mətbuat Şurasına müraciət edəcəyik ki, bu unudulmuş "reket"lərə qarşı öz mövqelərini bildirsinlər.
Həmin xanım mənə söz verib ki, guya sakinlərdən videomüsahibə alınıb və onların bəziləri təsdiq ediblər ki, "onlara 5 manat pul və siqaret verilib ki, görüşə gəlsinlər" və bu videonu yayınlayacaq. Bu da əla oldu, çünki ağlı başında olan hər kəs bilir ki, seçicinin kampaniya dövründə şirnikləndirici vasitələrlə ələ almaq məsuliyyət yaradır və belə bir faktı kim iddia edirsə, buyurub sübutunu ortaya qoymalıdır.
Çünki onların əvəzindən mən şəxsən özüm hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm ki, araşdırma aparsınlar və bu böhtanı yayanları üzə çıxarsınlar. Əslində bu QUM dənələrini hansı küləyin üstümüzə gətirdiyini çox yaxşı bilirəm. Bizim kampaniyaya mane olmaq istəyən qüvvələrin də ilham mənbəyini bilirəm. Ancaq anlamırlar ki, arxasında cəmiyyətimizin dürüst, ziyalı,millətçi və dövlətçi insanlarının durduğu bir insanı bu vasitələrlə şantaj etmək mümkünsüzdür. Hər gün dəstəyimiz daha da artır, seçicilərin böyük əksəriyyətindən ancaq xoş mesajlar alıram. İnşallah, seçicilərimizlə birlikdə 9 fevralda bu "5 manatlıq"lara layiqli cavabımızı verəcəyik”.
Telegram kanalımız