Fazil Mustafanın son durumu necədir? - Həyat yoldaşı açıqladı 

saytların hazırlanması

Evə çatdırılma

Fazil Mustafanın son durumu necədir? - Həyat yoldaşı açıqladı 

Maraqlı

30 Mart 2023 09:46 849


Milli Məclisin deputatı Fazil Mustafanın vəziyyəti stabildir. 

Bu barədə Modern.az-a deputatın həyat yoldaşı Zülfiyyə Mustafayeva məlumat verib.

“Hazırda onun vəziyyəti stabildir. Xəstəxanadan evə nə vaxt buraxılacağı barədə bizə dəqiq məlumat verilməyib", - deyə deputatın xanımı bildirib.  pizza

Qeyd edək ki, martın 28-də Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktı törədilib. Yaşadığı evin qarşısında sui-qəsdə məruz qalan deputat çiyin və ayağından yaralanıb. O, dərhal xəstəxanaya çatdırılaraq, əməliyyat olunub. 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!