Fədayə Laçına qadağa qoydular: “50 yaşlı arvadlar üçün deyil...”

saytların hazırlanması

Evə çatdırılma

Fədayə Laçına qadağa qoydular: “50 yaşlı arvadlar üçün deyil...”

Şou

24 Avqust 2023 17:35 894


Pandemiya dövründə oğlu ilə Rusiyaya köçən müğənni Fədayə Laçından xəbər var. 

Yenisabah.az xəbər verir ki, ifaçı yay istirahətini oğlu Əlhəmlə birgə Türkiyədə keçirir. 

Qardaş ölkədə lunaparka üz tutan müğənni görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.  Dominos pizza

Atraksionlara minərək əylənən F.Laçın bəzi attraksionlara minməyinə icazə verilmədiyi üçün gileylənib: 

"Yeləncəyə də minmişdim. Lakin məni bu attraksiona minməyə qoymadılar. Dedilər ki, bu, 50 yaşlı arvadlar üçün deyil, uşaqlar üçündür". 

Onun bu paylaşımı pərəstişkarlarının gülüşünə səbəb olub. 

Həmin görüntüləri təqdim edirik: 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!