Fədayədən təəccübləndirən sözlər: “Ölüm də həyat qədər gözəldir“

saytların hazırlanması

Evə çatdırılma

Fədayədən təəccübləndirən sözlər: “Ölüm də həyat qədər gözəldir“

Şou

20 Aprel 2021 11:53 932


Tanınmış müğənni Fədayə Laçın izləyicilərini təəccübləndirib.

Yenisabah.az xəbər verir ki, uzun müddətdir Moskvaya gedən və fəaliyyətini orada davam etdirən sənətçi şeir yazıb.

O, sosial şəbəkə hesabında öz şeirini təqdim edib: pizza sifarişi

“Kaş bir ömür tək olum

İnsanları uzaqdan

 sevmək daha gözəldir.

Bir ömür də cəmisi

Payızda topladığın

İki ovuc xəzəldir.

Ömrümün gecələri

Gündüzlərdən işıqlı,

Sehirlidir, özəldir.

Bir də bu fikirdəyəm,

Ölüm də ən azından

Həyat qədər gözəl.

Xatırladaq ki, müğənni F.Laçın xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş “Qoca” ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağaminin qatardan qaçmasına görə həbs edilmişdi.  Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!