Federasiya prezidenti millidə oynamaq istəyən qızları zorlayıb 

saytların hazırlanması

Evə çatdırılma

Federasiya prezidenti millidə oynamaq istəyən qızları zorlayıb 

İdman

06 May 2020 12:06 986


Haiti Futbol Federasiyasının prezidenti İv Jan-Bart ölkədəki təlim-məşq mərkəzində son 5 ildə gənc qızlara qarşı cinsi zorakılıqda ittiham olunur.

Yenisabah.az xəbər verir ki, hadisə qurbanlarından biri "The Guardian"a açıqlama verib.

O bildirib ki, mərkəzdə işləyən qadınlardan biri qızlara Dadu ləqəbli federasiya rəhbəri ilə cinsi əlaqədə olmaq üçün təzyiq göstərir. Buna razı olmayanlar mərkəzdən qovulur. Toyuqlu pizza

Şahidlər federasiya prezidentinin belə futbolçulardan birini aborta məcbur etdiyini də açıqlayıb. Ən yaxşı gənc oyunçulardan biri isə 2018-ci ildə 17 yaşında ikən qızlığını itirib və abort etməli olub.

Dadunun özü isə ittihamları rədd edib. O, heç vaxt federasiya və akademiya əməkdaşlarıdan özünə qarşı şikayətlərin edilmədiyini və seksual zorakılıq praktikasının mümkünsüz olduğunu vurğulayıb.

Jan-Bartın həmyerliləri Donald Gerye və Soni Mustivar "Neftçi"də çıxış edir. (Sportinfo.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!