Federasiyadan polisə müqavimət göstərən idmançı ilə bağlı   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Federasiyadan polisə müqavimət göstərən idmançı ilə bağlı AÇIQLAMA

İdman

07 Sentyabr 2020 15:28 1108


İyunun əvvəllərində Bakı Metropolitenində polisin qanunu əmrinə tabe olmayan və müqavimət göstərən şəxslərdən biri – Şirzad Şirzadov basketbol üzrə Azərbaycan yığmasının üzvü olub. 

Yenisabah.az bildirir ki, sözügedən məsələ ilə bağlı Unikal.org-a Azərbaycan basketbol federasiyasının baş katibi  Vüqar Əzimov məlumat verib: 

"Bu hadisə baş verəndə özümüz  də şokda idik.  Çünki Şirzad çox sakit və tərbiyyəli bir gəncdir.  İllərdir onun haradasa dava etdiyini ya da məşq prosesində hansısa nizamsızlığını göməmişik.  Sezar pizza

10 ildir Şirzadı tanıyıram, onun nə vaxtsa xuliqanlıq etdiyini görməmişəm.  

Hazırda idmançımız qrup şəkilində baş verən olaya görə onu hıəbs ediblər. Yaxın günlərdə onun məhkəməsi olmalıdır. Biz də hamı kimi məhkəmənin nbəticəsini gözləyirik".

V.Əzimov dava zamanı təhlükəsizlik kameralarına düşən görüntüləri  izlədiyini və idmançının polisə müqavimətini görmədiyini deyib:

"Yenə deyirəm hadisə zamanı  Şirzad mübahisə edən adamların arasında olub.  Amma polisə qarşı onun hır hansı bir ifadı işlətməsi və ya hərəkət etməsini görməmişəm. 

İnşallah məhkəmə adil qərar çıxarar". 

Nəzərə çatdıraq ki, Ş.Şirzadov Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 221-ci (Xuliqanlıq) maddələri ilə ittiham olunub.

Onun barəsində məhkəmənin qərarı ilə üç aylıq həbs qətimkan tədbiri seçilib. Həmin müddətin başa çatmasına bir neçə gün qaldığı üçün istintaqın təqdimatı ilə Ş.Şirzadovun həbs müddəti uzadılıb. 

Onun həbsdən azad olunması üçün vəkilinin verdiyi vəsatət Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyeva tərəfindən rədd edilib. O, həbsdə qalıb. 

Qeyd edək ki, bununla bağlı ilk xəbəri Qafqazinfo.az saytı verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!