"Fəlakət" obrazı ilə məşhurlaşan aktyor Elşən Orucov şəxsi həyatı ilə bağlı açıqlamalar verib.
Yenisabah.az xəbər verir ki, “Pərvizə görə” verilişinin qonağı olan sənətçi hazırda subay olduğunu bildirib:
“Subaylıq yaxşıdır. İşimlə məşğulam. Qlobal çətinliyim olmadı. Onsuz da əvvəllər də işimlə bağlı həftələrlə burada olmurdum, ya da evə gec gedirdim, yatırdım-dururdum, yenə işə gedirdim. Heç evdəkiləri görmürdüm. Ona görə çətin bir hadisə olmadı. İndi tək yaşayıram, amma anamgillə qonşuyam. Bir binada, ayrı-ayrı bloklarda qalırdıq”. pizza
Telegram kanalımız