Fəlakət! diskotekada atəşfəşanlıq faciəyə çevrildi – 50 ölü, 100 yaralı!

saytların hazırlanması

Evə çatdırılma

Fəlakət! diskotekada atəşfəşanlıq faciəyə çevrildi – 50 ölü, 100 yaralı!

Hadisə

16 Mart 2025 13:23 372


Şimali Makedoniyanın Koçani şəhərində diskotekada baş verən dəhşətli yanğın azı 50 nəfərin həyatına son qoyub, 100-dən çox insan isə xəsarət alıb.

Musavat.com xəbər verir ki, bu barədə Makfax agentliyi məlumat yayıb.

Hadisə gecə saat 03:00 radələrində, 1500 nəfərin iştirak etdiyi konsert zamanı baş verib. İddialara görə, izdihamın içindən biri zalın daxilində atəşfəşanlıq işə salıb və bu, böyük yanğına səbəb olub. Dördpendirli pizza

Hüquq-mühafizə orqanları tədbirin təşkilatçılarını həbs edib. Hadisə ölkədə böyük rezonans doğurub və təhlükəsizlik tədbirlərinin yetərsizliyi ilə bağlı ciddi suallar yaradıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!