Şotlandiyanın “Seltik” klubunun “Yaşıl briqada” adlı azarkeş qrupu UEFA tərəfindən cərimələnə bilər. Cəzanın səbəbi isə azarkeşlərin Fələstin və Qəzza ilə bağlı açdığı şüarlardır.
Yenisabah.az xəbər verir ki, “Yaşıl briqada”nın üzvləri bütün oyunlara Fələstin bayrağı ilə çıxacaqlarını açıqlayıblar. Şotland azarkeşlər UEFA-nı “İsrailin kuklası” olmaqda günahlandırıb. Onlar fələstinlilərə dəstək müqabilində cəzalandırılmaqdan qürur duyduqlarını bildiriblər.
Qeyd edək ki, “Seltik” klubu Qəzzada baş verən hadisələrlə bağlı Şotlandiya çempionatı və Çempionlar Liqasında çıxdığı bütün matçlarda Fələstinə dəstək şüarları nümayiş etdirib. Marqarita pizza
Telegram kanalımız