Fələstini dəstəkləyən məşhur futbolçu deportasiya olunacaqmı? 

saytların hazırlanması

Evə çatdırılma

Fələstini dəstəkləyən məşhur futbolçu deportasiya olunacaqmı? 

İdman

20 Oktyabr 2023 14:56 510


Bavariya vilayətinin daxili işlər naziri Yoahim Herrmann Bundestaqın iki deputatının Fələstinə verdiyi dəstəyə görə “Bavariya”nın mərakeşli futbolçusu Nussair Mazrauini Almaniyadan qovmaq çağırışına münasibət bildirib. 

Yenisabah.az “Bayern & Germany”yə istinadən xəbər verir ki, o, 25 yaşlı müdafiəçini deportasiya etməyə ehtiyac olmadığını bildirib:  

“Bir qayda olaraq, deportasiya yalnız yaşamaq hüququnuz olduqda və ağır cinayətlər törətdikdə mümkündür. Ona görə də “Bavariya” bu məsələ ilə özü məşğul olmalıdır. Çox dəyər verdiyim “Bavariya” oyunçularından isə belə açıqlamalar olmamalıdır” deyə Herrmann bildirib.  Pepperoni pizza

Qeyd edək ki, Mazraui daha əvvəl fələstinlilərə dəstəyini ifadə edərək, Mərakeş millisinin oyunçuları və məşqçilər heyətinin Afrika Kuboku öncəsi matçlar üçün bütün bonusları zərərçəkənlərə bağışlayacağını bildirmiş, həmçinin daha çox humanitar təşəbbüslər edəcəyinə söz vermişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!