Feminist aksiyasında iştirak edən hicablı qız dayısı tərəfindən döyüldü

saytların hazırlanması

Evə çatdırılma

Feminist aksiyasında iştirak edən hicablı qız dayısı tərəfindən döyüldü

Sosial

10 Mart 2020 20:07 1308


Feministlərin icazəsiz 8 Marş aksiyasının hicablı iştirakçısı Zəhra Kələntərova şiddətə məruz qalıb.

"Yeni Sabah" xəbər verir ki, aksiyanın səhəri günü - 9 mart tarixində dayısı evlərinə hücum çəkib.

Aksiyada iştirak etdiyinə görə Zəhranı döyüb, təhqir edib və boğmağa çalışıb. Anası Fatimə xanım qızını qorumaq istəyərkən onu da döyüb. Bacısını və bacısı qızını döyməklə sakitləşməyən dayı evdəki bəzi əşyaları sındırıb. Gedərkən Zəhranı və anasını öldürəcəyi ilə təhdid edib. Toyuqlu pizza

"Dünən getdiyim 8 MARŞ yürüyüşünə görə bu gün dayım evə "söhbət eləmək" niyyəti ilə gəlib mənə qarşı şiddət göstərdi, boğmağa cəhd etdi. Hələ bunlar bəs etməyə-etməyə ölümlə hədələdi”, - deyə Kələntərova facebook səhifəsində yazıb.

16 yaşlı Zəhrə dayısının dostu tərəfindən də ölümlə hədələndiyini bildirir. Ona yazılan müsajları skrin edərək paylaşıb.

Hüquq mühafizə orqanları bu məlumatlarla bağlı hələ şərh verməyib.

Xatırladaq ki, martın 8-də Feminist Hərəkatı "8 MARŞ - Bizimdir Hürr Küçələr" şüarı ilə Bakıda yürüş keçirib. Aksiyada "Şiddətə susma!” şüarı da qaldırılıb. Yürüş "Küçələrdən qorxma, azadlığını boğma!” şüarı ilə başlayıb. Daha sonra "Susmaq yoxdur, üsyan var!” şüarları səsləndirilib, qadın hüquq və azadlıqları ilə bağlı plakatlar qaldırılıb. /Baku.ws


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!