“Fənərbağça“ “Qalatasaray“ı məğlub etdi

saytların hazırlanması

Evə çatdırılma

“Fənərbağça“ “Qalatasaray“ı məğlub etdi

İdman

11 Aprel 2022 09:00 502


Futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi keçirilib.

Yenisabah.az xəbər verir ki, 32-ci tura təsadüf edən prinsipial oyunda "Fənərbağça" öz meydanında "Qalatasaray"la qarşılaşıb.

"Ülkər" stadionunda təşkil olunan oyun "sarı-lacivərdlilər"in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Dominos pizza

Meydan sahiblərinin heyətində qolları 26-cı dəqiqədə Miha Zayts və 68-ci dəqiqədə Serdar Dursun vurublar. Bu qələbədən sonra xallarının sayını 59-a çatdıran "Fənərbağça" 2-ci pilləyə yüksəlib, "Qalatasaray" isə 41 xalla 14-cü pilləyə geriləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!