“Fənərbağça” “Zimbru”nu növbəti dəfə darmadağın etdi

saytların hazırlanması

Evə çatdırılma

“Fənərbağça” “Zimbru”nu növbəti dəfə darmadağın etdi

İdman

01 Avqust 2023 23:45 958


"Fənərbağça" UEFA Konfrans Liqasında növbəti oyununu keçirib.

Yenisabah.az xəbər verir ki, İstanbul təmsilçisi II təsnifat mərhələsinin cavab matçında Moldovada "Zimbru"nun qonağı olub.

Kişineuda "Zimbru" stadionunda oynanılan qarşılaşma Türkiyə komandasının darmadağını ilə başa çatıb - 4:0.  pizza mizza

Qeyd edək ki, "Fənərbağça" Türkiyəki ilk matçda rəqibinə 5 cavabsız qolla qalib gəlmişdi. Beləliklə, III təsnifat mərhələsinə adlayan İstanbul klubu bu raundda "Maribor" (Sloveniya) / "Differdanj" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi, cavab oyunu

1 avqust

21:30. "Zimbru" (Moldova) - "Fənərbağça" (Türkiyə) - 0:4

Qollar: Duşan Tadiç, 48. Mişi Batşuayi, 57; 59. İsmail Yüksek, 77

İlk oyun 0:5


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!