“Fənərbağça”dan növbəti darmadağın

saytların hazırlanması

Evə çatdırılma

“Fənərbağça”dan növbəti darmadağın

İdman

01 Oktyabr 2023 21:51 771


Futbol üzrə Türkiyə Superliqasında VII turun daha bir oyunu keçirilib.

Yenisabah.az xəbər verir ki, çempionluğa iddialı “Fənərbağça” doğma meydanda “Rizespor”la qarşılaşıb. 

Matç meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Dördpendirli pizza

İstanbul klubunun heyətində qolları Sebastian Şimanski (3), İrfan Can Kahveci (47), Edin Ceko (62), Duşan Tadiç (75) və Coşua Kinq (90+2) vurublar.

Cari mövsüm Superliqada keçirdiyi 7 oyunun hamısında qalib gələn “Fənərbağça” maksimum nəticə (21 xal) ilə turnir cədvəlinə başçılıq edir. 11 xalı olan “Rizespor” isə yeddinci pillədə qərarlaşıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!