Türkiyənin “Fənərbaxça” klubu argentinalı hücumameyilli yarımmüdafiəçi Paulo Dibalanı transfer etmək niyyətindədir.
Yenisabah.az xəbər verir ki, İstanbul təmsilçisi 30 yaşlı futbolçu üçün “Roma” klubu ilə danışıqlar aparır.
Dibalanın keçidi üçün hazırda iki klub arasında müzakirələr gedir. Oyunçunun özünün də “Fənərbaxça”da çıxış etməyə müsbət yanaşdığı bildirilir. Toyuqlu pizza
Karyerası boyunca “Palermo”, “Yuventus” və “Roma” kimi klublarda çıxış edən Paulo Dibala yarımmüdafiəçi, vinqer, gizli hücumçu və forvard mövqelərində oynamağı bacarır. O, “Yuventus” klubundakı uğurlu çıxışı ilə yadda qalıb.
Telegram kanalımız