“Fənərbaxça“ səfərdə xal itirdi

saytların hazırlanması

Evə çatdırılma

“Fənərbaxça“ səfərdə xal itirdi

İdman

21 Oktyabr 2024 09:44 637


Türkiyə Superliqasının 9-cu turu çərçivəsində "Samsunspor" və "Fənərbaxça" komandaları üz-üzə gəlib. 4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib.

Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, qonaqlar Duşan Tadiç və Sent-Maksiminlə 2 dəfə önə keçsə də, meydan sahibləri bərabərlik qollarını vurmağı bacarıblar. Lider "Qalatasaray"ın qələbə qazandığı həftədə, "Fənərbaxça" vacib 2 xal itirib.

Bu nəticə ilə "Fənərbaxça" xallarının sayını 17-yə, "Samsunspor" isə 19-a yüksəldib. Oyundan sonra Joze Mourinyo Türkiyə mediasında kəskin tənqid olunub.
Nazim Hacıyev 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!