“Fənərbaxça“da yeni baş məşqçi - Müqavilə imzalandı

saytların hazırlanması

Evə çatdırılma

“Fənərbaxça“da yeni baş məşqçi - Müqavilə imzalandı

İdman

06 Avqust 2020 12:22 788


"Fənərbaxça"nın yeni baş məşqçisi müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, bu vəzifəyə İstanbul təmsilçisinin sabiq futbolçusu Erol Bulut təyin edilib.

Onunla imzalanan müqavilənin müddəti barədə məlumat verilməyib. "Fənərbaxça"nı müvəqqəti olaraq Tahir Karapınar çalışdırırdı. Dördpendirli pizza

E.Bulutun son klubu "Alanyaspor" olub. Onun rəhbərliyi altında komanda Türkiyə Superliqasında 2019/2020 mövsümünü 5-ci pillədə başa vurub və Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanıb.

E.Bulut futbolçu karyerası ərzində 1995-1999-cu illərdə "Fənərbaxça"da oynayıb. O, 1995/1996 mövsümündə kluba çempionluğu qazandıran qolun ötürməsini verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!