Fərari general Paşinyanı mənəviyyatsız adlandırdı

saytların hazırlanması

Evə çatdırılma

Fərari general Paşinyanı mənəviyyatsız adlandırdı

Maraqlı

11 Noyabr 2020 17:45 2393


Erməni general Vitali Balasanyan Ermənistan Baş naziri Nikol Paşinyanın Şuşa şəhəri ilə bağlı “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsakuryana ünvanladığı ittihamlara cavab verib.

Yenisabah.az xəbər verir ki, Balansanyan bu iddianı ordunu təhqir etmək kimi qiymətləndirib.

“Şuşanın Qaqik Tsakuryana görə itirildiyini demək orduya təhqirdir. Bu o deməkdir ki, sizin müharibə barədə anlayışınız yoxdur. Yerevanlı biznesmenin öz könüllü dəstəsi ilə Şuşanı xilas etməli olduğu barədə deyilənlər mənəviyyatsızlıqdır. Şuşanı ordu müdafiə etməli idi, hansısa fərd, yaxud könüllülər yox”. pizza sifarişi

Paşinyan Qaqik Tsakuryanın hökumətin ünvanına səsləndirdiyi tənqidlərə cavab olaraq onu könüllü dəstə yaratsa da, Qarabağda savaşa getməməkdə və Şuşanın itirilməsində ittiham etmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!