Aktyor Fərda Xudaverdiyev instaqramda "18+" başlıqlı videosu ilə çoxlarını trollayıb.
"Yeni Sabah" xəbər verir ki, aktyor bu cür videoların yayılmasına etiraz əlaməti olaraq belə bir başlıq yazmağa qərar verdiyini deyib:
"Nə görmək istəyirsiniz? Niyə Azərbaycanın gündəlik həyatını, mədəniyyətini əks etdirən xəbərlərə baxış sayı sıfırdır? "18+" baxışların arxasınca niyə bu qədər düşmüsünüz? Biz bizdən nə vaxt çıxdıq? Yeniyetmələr, hara gedirsiniz?". pizza mizza
Qeyd edək ki, ulduzun "Diqqət, söyüş var" şərhi ilə yerləşdirdiyi video 41 mindən çox baxış toplayıb. /Oxu24.com
Telegram kanalımız